Hidrant nədir?
Yanğınların söndürülməsində istifadə olunan ən mühüm maddələrdən biri şübhəsiz ki, sudur.Bu suyun yayılmasını və yanğın ərazilərinə çatdırılmasını təmin edən sistem yanğın hidrantıdır.Ərazinin hər tərəfinə suyun səpilməsini təmin edən yanğın hidrant sistemi idarə oluna bilməyən yanğınlara müdaxilə etmək baxımından çox əhəmiyyətlidir.
Yanğınlara nəzarət etmək üçün tez-tez su çiləyicili söndürmə sistemlərinə üstünlük verilir.Yanğın nasosları, hidrant sistemi, yanğın şkafları və yanğın suyu çənləri kimi su söndürmə sistemi elementləri yanğınlara sürətli şəkildə müdaxilə edilməsinə şərait yaradır