"FIRE UNIVERSAL GROUP" MMC 2017-ci ildə təsis edilmişdir. Şirkətin əsas fəaliyyət istiqamətləri yanğın və mühafizə siqnalizasiya sistemləri, avtomatik yanğınsöndürmə sistemləri ( sulu,qazlı və köpüklü ), ventilyasiya, tüstüsovurma və hava basıncı sistemləri, yanğınsöndürən balonlar, yanğın dolabları, hidrantlar və digər yanğınsöndürmə avadanlıqlarının satışı, quraşdırılması və servis xidmətini həyata keçirməkdən ibarətdir. Bu fəaliyyət istiqamətlərini həyata keçirmək üçün şirkət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş Xüsusi Lisenziyasına sahibdir. Bundan əlavə şirkət təxliyyə planının hazırlanması və təstiq edilməsi, video-müşahidə,səsləndirmə və girişə nəzarət sistemləri ( damafon, turniket, şlaqbaum, kart,əl izi və biometriya ilə keçid ) avadanlıqlarının satışı, quraşdırılması və servis xidmətini həyata keçirir.
Göstərilən fəaliyyət sahələrində
“FIRE UNIVERSAL GROUP” MMC müştərilərinə Avropa, Asiya və Amerika ölkələri şirkətlərinin yüksək keyfiyyət standartlarına cavab verən məhsullarını təqdim edir.
Məqsəd və Missiyamız
Az müddətdə fəaliyyətə başlamasına baxmayaraq
“FIRE UNIVERSAL GROUP” MMC bu gün öz işini uğurla davam etdirir. Şirkətin əsas məqsədi müştəri məmnuniyyəti qazanmaqdır ki, bu işin də öhdəsindən uğurla gəlir. Bunun əsas səbəbi kimi şirkətin rəhbər və işçi heyətinin çox yüksək iş təcrübəsinə sahib olan əməkdaşlardan ibarət olmasıdır.
Şirkətin əsas missiyası isə bu sahədə daha da inkişaf etmək, vətəndaşlarımızı təhlükəsizlik sahəsində maarifləndirmək, keyfiyyətli iş prinsipi ilə müştərilərin rəğbətini qazanmaq, daha böyük işlərlə daha uğurlu nailiyyətlər əldə etməkdir.
Xidmətlərimiz
- Yanğın siqnalizasiya sistemləri
- Mühafizə siqnalizasiya sistemləri
- Yanğınsöndürən balonların satışı, servisi və dolum xidməti
- Avtomatik yanğınsöndürmə sistemləri (sulu, qazlı və köpüklü)
- Kamera nəzarəti sistemləri
- Yanğın dolabları, hidrantlar və digər yanğınsöndürmə aksesuarları
- Ventilyasiya, tüstüsovurma və hava basıncı sistemləri
- Girişə nəzarət sistemləri
- Təxliyyə planı və layihələndirmə xidməti
- İşıqlı istiqamət lövhələri