Avtomatik yanğınsöndürmə (sulu,qazlı,köpüklü) sistemlərinin yanğının qarşısının alınması, yayılmasının məhdudlaşdırılması və söndürülməsində böyük əhəmiyyəti vardır.
Avtomatik yanğınsöndürmə sistemlərinin əsas üstünlüyü ondan ibarətdir ki, onlar avtomatik olaraq işə düşür və insan əməyi istifadə olunmadan yanğının söndürülməsini həyata keçirir.
Yanğının söndürülməsi avtomatik yanğınsöndürmə sistemlərinin növündən,yəni sulu,qazlı və ya köpüklü olmasından asılı olaraq yanğınsöndürən maddənin (su,qaz və ya köpük) buraxılması hesabına mümkündür.
Göründüyü kimi, avtomatik yanğınsöndürmə sistemləri obyektin təyinatından asılı olaraq sulu,qazlı və köpüklü növlərinə ayrılır.
Avtomatik sulu yanğınsöndürmə sistemləri suvarma kanalının növünə görə sprinkler və drençer tipli söndürmə sistemlərinə bölünürlər. Sprinkler sistemi su ilə doldurulan, hava ilə doldurulan, hava və su ilə doldurulan, drençer sistemi isə elektrikli, hidravlik, pnevmatik, mexaniki və kombine edilmiş kimi növlərə bölünürlər.
Avtomatik sulu yanğınsöndürmə sistemlərinin işə düşmə və işlək vəziyyətdə qalma müddətləri aşağıdakı kimidir:
İşə düşməsinin tezliyinə görə aşağıdakılara bölünürlər:- tez hərəkətə gələn - işə düşmə müddəti 3 s. çox olmamaq şərti ilə
- orta inersiyalı - işə düşmə müddəti 30 s.
- inersiyalı - işə düşmə müddəti 30 s. çox, lakin 180 s. çox olmamaq şərti ilə
İşlək vəziyyətdə qalmasının müddətinə görə:- orta müddətli işlək vəziyyət – 30 dəq. çox olmayaraq
- işlək vəziyyətin müddəti – 30 dəq. çox, lakin 60 dəq. çox olmamaq şərti ilə
Avtomatik sulu yanğınsöndürmə sistemləri əsasən avtodayanacaqlarda, anbarlarda, ofislərdə, otellərdə, avtoservislərdə istifadə olunur.
Avtomatik köpüklü yanğın söndürmə sistemləri - konstruktiv həllinə, ötürücünün növünə, işə düşmə zamanına, işlək vəziyyətdə olma və qalma müddətinə və tozun bölünməsinə görə fərqlənirlər.
Köpüklü yanğın söndürmə sistemləri ümumiyyətlə yanıcı və maye kimyəvi maddələrin və ya yanacaqların söndürülməsində istifadə edilir. Zülal əsaslı, sintetik əsaslı, spirtə davamlı və film oluşturucu köpük növləri kimyəvi xüsusiyyətlərə görə fərqlilik göstərə bilir. Avtomatik olaraq dizayn ediləbildiyi kimi əllə də yaradıla bilən köpüklü yanğın söndürmə sistemləri yanan bölgəyə dərhal müdaxilə edərək yanğının böyüməsini əngəlləyir.
Köpüklü yanğın söndürmə sistemlərinin əsas xüsusiyyətləri isə bu şəkildədir:- Oksigenlə yanacaq buxarının təmas etməsinə mane olur.
- Yanacaq səthində əmələ gələn buxarlanmanın qarşısını alır.
- Alovla yanacaq səthini bir-birindən ayırır.
- Yanacaq səthində və ya ətrafında yer alan metal səthlərin soyumasına
- kömək olur.
Köpüyün təsirli olduğu yanğın növləri isə bunlardır:- Xam neft yanğınları
- Gazolin yanğınları
- Təyyarə yanacağı yanğınları
- Benzin yanğınları
- Fuel oil yanğınları
- Nafta yanğınları
- Spirtlərdə meydana gələn yanğınlar
- Ketonlarda əmələ gələn yanğın
- Eterlerdəmeydana gələn yanğınlar
- Efirlərdə baş verən yanğınlar.
- Karbohidrogen yanğınları
- Polar Solvent yanğınları
İstifadə sahəsi olduqca geniş olan köpüklü söndürmə sistemləri ümumiyyətlə təyyarə və vertolyot bunkerlərində, anbarlarda, yanacaqların yükləmə və ya boşaltma keçirildiyi stansiyalarda, boya emalatxanalarında, kimyəvi maddə istehsal edilən və ya da toplanan müəssisələrdə, yanıcı və parlayıcı mayelərin toplandığı sahələrdə, yanıcı və parlayıcı mayelərində dolum sahələrində, zavodlarda, estakadalarda, neft emalı zavodlarında, yat limanlarında və buna bənzər sahələrdə istifadə ediməkdədir. Dərhal müdaxilə və sürətli bir şəkildə nəzarəti ələ almaq xüsusiyyəti səbəbiylə yanıcı səthə qısa müddətdə təsir edir və ehtimal olunan böyük yanğınların da qarşısını alır və eyni zamanda partlayıcı xüsusiyyətli qazların bayıra çıxmasını da əngəlləyir.
Avtomatik qazlı yanğınsöndürmə sistemləri mühafizə ediləcək mühitdəki materialın qiymətli olduğu, sudan zədələnəcəyi və ya su ilə söndürülə bilməyən hallarda istifadə olunur.Avtomatik qazlı yanğınsöndürmə sistemləri içərisində əsas yeri FM200 qazlı yanğınsöndürmə sistemi tutur ki,bunun da əsas səbəbləri aşağıdakılardır:
- Rəngsiz bir qazdır.
- Qoxu verməmək xüsusiyyətinə malikdir.
- Keçiricilik qabiliyyəti yoxdur.
- Ozon təbəqəsinə zərər vermir.
- Kimyəvi bir qaz olmadığı üçün insan sağlamlığını təhdid edici amilləri özündə saxlamır.
- Qısa müddət içərisində bağlı mühitdə yayılır.
Avtomatik qazlı yanğınsöndürmə sisteminin əsas istifadə olunduğu sahələr isə bunlardır:- Yüksək Gərginlikli Otaqlar
- Orta Gərginlikli Otaqlar
- Aşağı Gərginlikli Otaqlar
- Əlyazma Kitabxanaları
- Yanıcı materialların istifadə edildiyi və ya istehsal olunduğu cihaz və mərkəzlər
- Bank seyfləri
- Tarixi abidələri olan ərazilər
- Kitabxanalar
- Arxiv otaqları
- İT otaqları
- Rabitə mərkəzləri
- Transformator və keçid otaqları
- Nəzarət otaqları
- Test laboratoriyaları
- Yanıcı mayeləri olan depolar
- Kompüter və nəzarət otaqları
- Qeyd depoları
- Elektrik kabinləri
- Elektrik kəsici otaqları