Şirkət haqqında

Şirkət haqqında

"FIRE UNIVERSAL GROUP" MMC 2017-ci ildə yaranıb Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən yanğından mühafizə sistemləri və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri,yanğınsöndürmə ləvazimatının,ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət,yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpasını həyata keçirməyə icazə verən  İN / L – 77 / 2020 qeydiyyat nömrəli Xüsusi Lisenziya əsasında fəaliyyət göstərir.

Ümumilikdə şirkət yanğın siqnalizasiya və mühafizə sistemləri, yanğınsöndürən balonların satışı, servisi və dolum xidməti, avtomatik yanğınsöndürmə sistemlərinin (sulu, qazlı və köpüklü) quraşdırılması və servisi, kamera nəzarəti sistemləri, yanğın dolabları, hidrantlar və digər yanğınsöndürmə aksesuarları, ventilyasiya, tüstüsovurma və hava basıncı sistemləri, girişə nəzarət sistemləri, təxliyyə planı və layihələndirmə xidməti və işıqlı istiqamət lövhələrinin satışını həyata keçirir.

Göstərilən fəaliyyət sahələrində  “FIRE UNIVERSAL GROUP” MMC müştərilərinə Amerika, Avropa və Asiya ölkələri şirkətlərinin yüksək keyfiyyət standartlarına cavab verən məhsullarını təqdim edir.


Məqsəd və Missiyamız


“FIRE UNIVERSAL GROUP”  şirkəti yanğın və təhlükəsizlik sistemləri sahəsində az müddətdə fəaliyyətə başlamasına baxmayaraq, bu gün biz öz işimizi uğurla davam etdirir, xeyli sayda müştəri məmnuniyyəti qazanırıq. Bunun əsas səbəbi kimi, şirkətimizin rəhbər və işçi heyətinin çox yüksək iş təcrübəsinə sahib olan əməkdaşlardan ibarət olmasıdır. Bizim əsas məqsədimiz bu sahədə daha da inkişaf etmək, vətəndaşlarımızı təhlükəsizlik sahəsində maarifləndirmək, keyfiyyətli iş prinsipimizlə müştərilərimizin rəğbətini qazanmaq, daha böyük işlərlə daha uğurlu nailiyyətlər əldə etməkdir.


Xidmətlərimiz


  • Yanğın siqnalizasiya sistemləri
  • Mühafizə siqnalizasiya sistemləri
  • Yanğınsöndürən balonların satışı, servisi və dolum xidməti
  • Avtomatik yanğınsöndürmə sistemləri (sulu, qazlı və köpüklü)
  • Kamera nəzarəti sistemləri
  • Yanğın dolabları, hidrantlar və digər yanğınsöndürmə aksesuarları
  • Ventilyasiya, tüstüsovurma və hava basıncı sistemləri
  • Girişə nəzarət sistemləri
  • Təxliyyə planı və layihələndirmə xidməti
  • İşıqlı istiqamət lövhələri